“Tədbirdə belə bir səhnə olacağını bilmirdim. Tribunadan eşitdim ki, mərasimə erməni bayrağı gətiriləcək və ayaq altına atılıb tapdalanacaq. Mən də dedim ki, bayrağı saxlayın gəlirəm”.
“Tədbirdə belə bir səhnə olacağını bilmirdim. Tribunadan eşitdim ki, mərasimə erməni bayrağı gətiriləcək və ayaq altına atılıb tapdalanacaq. Mən də dedim ki, bayrağı saxlayın gəlirəm”.
TİA.AZ xəbər verir ki, bunu modern.az-a açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib. Ermənistan bayrağı əvəzinə Kolumbiya bayrağının maketini sındırması barədə tənqidlərə icra başçısı özünəməxsus aydınlıq gətirib:
“Tribunadan düşdüm və bayrağı əksinə çevirdim. Elə təsəvvür etdim ki, ermənidir, başını aşağı, ayaqlarını göydə tutmuşam. Bir yumruq da onun nəzərdə tutduğum yerindən vurdum. Maket iki yerə bölündü. Doğrudur, barmaqlarım sınıb, rentgendən keçdim. Amma ciddi bir şey yoxdur”.
İcra başçısı deyib ki, Kolumbiya bayrağından söhbət gedə bilməz: “O səhnəni görməyənlər eynək taxıb yaxşı-yaxşı baxsınlar. Kim bu hadisəni belə bəzəyib-düzəyib, bilmirəm. Amma söhbət mənim önümə gətirilən erməni bayrağından gedir. İndi bilmirəm Azərbaycanda erməni bayrağının müdafiəsinə qalxan, qanında erməni qanı olan, evində erməni yatızdıran kimlərdir… Hesab edirəm ki, bilərəkdən belə şayiələr yayır, panika yaradırlar.
Yenə deyirəm, o bayraq erməni bayrağı idi, mən də yaxşı eləmişəm, əcəb eləyib sındırmışam.
Mən müharibə iştirakçısıyam, Qarabağda döyüşmüşəm. O an gözümün qabağına Xocalını gətirdim, azərbaycanlı qadınların boğazına bayrağımızı asıb boğduqlarını gətirdim. O şəkillər məndə var. Şərəfsizlər, alçaqlar bunu demirlər, siyasi oyunbazlıq edirlər. Mən buna siyasi oyunbazlıq deyirəm və bildirirəm ki, bu panikanı yayanlar erməninin tərəfində olanlardır. O şiferin üstündəki əsl erməni bayrağı idi. Daşkəsənin özündə 120 nəfərə qədər erməni qadını var, qohumlarının hamısı Ermənistandadır. İndi də bizə deyirlər ki, “sizin arvadınızıq, sizin qulluqçunuzuq, sizə xidmət edirik”.
Baxın o xəbəri yayanlar da ermənidir. Dünəndən Bakıdakı ermənilər od tutub yanırlar”.