Ötən gecə Yer kürəsini güclü maqnit qasırğası vurub.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Astronomların proqnozuna görə, maqnit qasırğası gecə yarısından dərhal sonra başlayıb və təxminən saat 13:00-a qədər davam edəcək. Bundan sonra maqnit sahəsi tədricən sabitləşəcək və günün ortasına qədər aktiv qalacaq.
Alimlərin fikrincə, Yer kürəsində beş ballıq şkala üzrə ikinci səviyyəli tufan müşahidə edilir. O, iyunun 28-də günortadan sonra Yerə gələn günəş kütləsinin atılması nəticəsində əmələ gəlib. Buraxılış əvvəlcədən proqnozlaşdırılırdı.