2025-ci ilin əvvəlində Günəş aktivliyi dövrlərinin baş verməsi gözlənilir, bu səbəbdən sağlamlığa daha çox diqqət yetirmək və istirahətə vaxt ayırmaq məsləhət görülür. Yanvar ayı üçün maqnit qasırğası proqnozunu təqdim edirik:
5-6 yanvar: Zəif və mülayim maqnit qasırğaları. Baş ağrısı, yüngül yorğunluq və enerji azalması yaşana bilir.
9-10 yanvar: Güclü maqnit qasırğaları gözlənilir. Hava şəraitinə qarşı həssas olan insanlarda qəfil əhval dəyişikliyi, qıcıqlanma və qan təzyiqinin yüksəlməsi müşahidə oluna bilər.
15-16 yanvar: Maqnit aktivliyi mülayim olacaq. Stressdən və aşırı fiziki fəaliyyətdən qaçınmaq tövsiyə olunur.
21-22 yanvar: Zəif və orta dərəcəli maqnit qasırğaları meteohəssas insanlarda narahatlığa səbəb ola bilər.
27-28 yanvar: Orta səviyyəli aktivlik. Yuxu rejimini izləmək, düzgün qidalanmaq və orqanizmi çox yükləməmək vacibdir.
Qeyd etmək lazımdır ki, bu proqnozlar ilkin xarakter daşıyır, çünki günəş partlamaları gözlənilən vaxtdan əvvəl baş verə bilər və maqnit qasırğalarının intensivliyini artırıb, azalda bilər.