backend

Əhaliyə bəd xəbər: Daha bir qiymət artımı xəbəri yayıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəristiliktəchizat” göstərdiyi xidmətə görə tarifi bahalaşdırmağa hazırlaşır. 
“Azəristiliktəchizat” göstərdiyi xidmətə görə tarifi bahalaşdırmağa hazırlaşır.

TİA.AZ “Turan”a istinadən xəbər verir ki, bu yaxınlarda Nazirlər Kabineti isti su təchizatını qiyməti dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarıb.

Hazırda isti su Bakının mərkəzində bir sıra binalara verilir. Bunun üçün yaxınlıqda qazanxana və mühəndis kommunikasiyası tələb olunur. Bu xidmətin 1 kubmetri əhaliyə 0,40 manata, qeyri-əhali qrupuna 1,50 manata başa gəlir. “Azərsu” ASC “Azəristiliktəchizat” ASC-ni 1,30 manata su ilə təchiz edir.

“Azəristiliktəchizat” ASC-nin istismar sahələrindən birindən bildiriblər ki, tarifi 2 manat 15 qəpiyə artırmaq istəyirlər. “Elektrik enerjisi və qaz kommersiya qiyməti ilə alınır, bu, isti suyun maya dəyərini artırır”, – deyə mənbə bildirib.

Qeyd edək ki, dekabrın 1-dən qaz və elektrik enerjisinin bahalaşmasından sonra istilik təchizatının da bahalaşması labüddür. Sonuncu dəfə istilik təchizatının qiymətinə 5 il əvvəl, 28 noyabr 2011-ci ildə baxılıb. İstilik təchizatının tarifi yaşayış sahəsinin 1 kv m-i üçün 0,15 manat, başqa istehlakçılar üçün 0,25 manatdır.

Tarif (qiymət) Şurası noyabrın 28-də “Azəristiliktəchizat” ASC üçün su təchizatı və kanalizasiya suyunun axıdılması tarifini 2017-ci il yanvarın 1-dən Bakı, Sumqayıt, Xırdalan və Abşeron rayonu üçün 0,50 manat, ölkənin başqa regionları üçün 0,45 manat müəyyən edib.