Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 19243 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il iyul ayının 1-i vəziyyətinə 10 200 013 nəfərə çatıb.
Əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.