Əhalinin NƏZƏRİNƏ: Taksi ucuzlaşdı, səbəb AÇIQLANDI

Əhalinin NƏZƏRİNƏ: Taksi ucuzlaşdı, səbəb AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yeganə sahə taksi xidmətidir ki, il ötdükcə qiymətlər bahalaşmır, əksinə aşağı düşür. Buna baxmayaraq hələ də taksi sürücüsünün davranışı və onun idarə etdiyi avtomobilin sazlığı və sair məqamlarda xeyli problem var.

Tribunainfo.az xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev bildirib. O qeyd edib ki, Azərbaycanda taksi qiymətləri hazırda 10 il əvvəlkindən daha ucuzdur:

“Digər sahələrdə qiymətlərin kosmis sürətlə artmasına rəğmən taksi xidmətində qiymətlər bahalaşmır. Təsəvvür edin, 5-10 il öncə taksi ilə ən qısa məsafə belə 5 manat idisə, indi 2,5 manatdan başlayır. 5 manata isə az qala şəhərin bir başından digər başına getmək olur. Qeyd edim ki, taksi xidmətinə tələbat da kifayət qədər yüksəkdir. Səbəb bir tərəfdən nəqliyyatın normal işləməməsidirsə, digər tərəfdən qiymətlərin əlçatan olmasıdır. Bütün bu üstünlüklərə rəğmən taksi xidmətində xeyli problemlər var: taksi sürücüsünün davrasnışından tutmuş onların idarə etdiyi nəqliyyat vasitəsinin sazlıq vəziyyətinə qədər.

Taksi xidməti sahəsindəki problemləri üzə çıxartmaq üçün Bakı Araşdırmalar İnstitutu tədqiqat aparıb. Əhali problem olaraq əsasən sürücülərin avtomobili idarəetmə səviyyəsinin və davranış mədəniyyətinin qaneedici olmamasını, taksi xidməti göstərən nəqliyyat vasitələrinin texniki göstəricilərinin standartlara uyğun gəlməməsini qeyd ediblər. Respondentlər həmçinin qiymət artımının taksi xidmətindən istifadəni azaldacağını bildiriblər”.

Nigar