Əhalinin nəzərinə! – Bu yerlərdə 100, 50, 40 AZN cərimə oluna bilərsinizbackend

Əhalinin nəzərinə! – Bu yerlərdə 100, 50, 40 AZN cərimə oluna bilərsiniz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İctimai yerlərdə tütün məhsulların istifadə etmək qadağandır. Lakin bir çox vətəndaşlar bundan xəbərsizdir. Buna görədir ki, dayanacqalarda, insanların sıx toplaşdığı yerlərdə siqaret çəkənlərə rast gəlinir. 
Bu kimi hallar siqaret istifadə etməyən şəxsləri, yaşlı, qadın və azyaşlıları narahat edir.

İctimai yerlərdə tütün məhsullarından istifadə edərək digər vətəndaşları narahat etmək və siqaret kötüklərini yerə ataraq ətrafı zibilləməyə görə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub.

Belə ki, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə edilir. Eyni zamanda tütün məmulatları tullantılarının ətrafa atılmasına görə 50 manat məbləğində cərimə olunur.
Siqaret çəkilməsi qadağan edilən və cərimə nəzərdə tutulan digər yerlər isə bunlardır:
Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə – 100 manat
Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə – 40 manat
Vaqonlarda – 50 manat
Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə – 40 manat
Müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda – 40-50 manat