Əhalinin nəzərinə: Bu  məhsullar bahalaşdı, üstəlik keyfiyyətsizdir – EKSPERT

Əhalinin nəzərinə: Bu məhsullar bahalaşdı, üstəlik keyfiyyətsizdir – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gigiyenik məhsullar 5-6 manat dəyərində olduğu halda, mağazalarda 10-12 manata qədər bahalaşma baş verib. Bir sual da doğur ki, Ölkədəki İran mağazalarında çox ucuz qiymətə və keyfiyyəti qat-qat yüksək olan məhsullar var, ancaq ortalıqda söz-söhbət gəzir ki, istifadə etmək zərərlidir, tərkibinə nələrsə qatırlar.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bütün sahələrdə bahalaşma gedir. Ölkədə dayanmadan, hər gün, hər həftə inflyasiya gedir. Bunun böyük hissəsi süni bahalaşmadır. Yəni, heç bir iqtisadi əsası yoxdur. Dünya bazarında da heç bahalaşma yoxdur.

Sosioloq vuğulayıb ki, sadəcə bir qrup oliqarxların və şirkətlərin nəzarətində olan monopolist sahələr istədikləri kimi qiymətləri qaldırırlar.

Sosioloqun sözlərinə görə, Azərbaycanda kimya sənayesi də var. Məsələn, Sumqayıtda gigiyenik məhsulların istehsalı çoxalıb. Bu o deməkdir ki, qiymətlər düşməli idi. Amma təcrübə göstərir ki, bütün hallarda tam əksinə baş verir. Azərbaycanda nəyin istehsalı təşkil olunursa, o məhsulların qiyməti bahalaşır.

“Qaldı ki, İrandan gətirilən məhsulların tərkibi barədə şayələr tamamilə uydurmadır. Yerli istehsalçı monopolist mafiya əlində olan media vasitəsilə saxta xəbərlər yayır ki, guya onlar hamısı zərərlidir, bunların məhsulları isə keyfiyyətlidir. Tam əksinədir. Yerli istehsalın hamısı keyfiyyətsizdir. Çünki bizdə keyfiyyətə nəzarət yoxdur”.

Dəniz