“Əhalinin çoxunun müalicə almağa imkanı yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Apa-nın məlumatına görə,rayonlardan paytaxta təcili yardım avtomobili ilə xəstələrin göndərilməsinə qadağa qoyulub.   Apa-nın məlumatına görə,rayonlardan paytaxta təcili yardım avtomobili ilə xəstələrin göndərilməsinə qadağa qoyulub.

Əgər hanasısa rayondan  xəstənin yaxınları onu Bakıya gətirmək istəsə, bildirilir ki, təcili yardım maşınlarında quraşdırılan CPRS vasitəsilə onların fəaliyyətinə nəzarət olunur və rayondan çıxmalarına icazə verilmir.
Belə olduğu halda, Bakıdan təcili yardım maşını göndərilməlidir həmin təcili yardım maşını xəstəni götürüb Bakıya qayıtrmalıdır. Bundan əlavə, xəstə Bakıya aparılsa belə, onun özəl xəstəxanalara yerləşdirilməsinə icazə yoxdur. Xüsusi hallarda xəstə təcili yardım briqadaları vasitəsilə Bakıya gətirilərsə, onlar yalnız əvvəldən müəyyənləşdirilən bəzi xəstəxanalara yerləşdirilir.

Moderator.az  məsələyə tanınmış həkim, Azərbaycan Tibb Universitetinin dosenti  Rəşid Mahmudovdan münasibət öyrənib.

R.Mahmudov bu vəziyyətin bölgələrdə istifadəyə verilmiş böyük tibbi mərkəzlərlə əlaqədar olduğunu bildirib:
 
“Ayrı-ayrı regionlarda müasit avadanlıqlarla təchiz edilmiş böyük xəstəxanalar tikilib istifadəyə verilib. Bu xəstəxanaları zonalar üzrə tikiblər, məsələn, elə Qazax zonasında 2-3 belə xəstəxana var. Həmin xəstəxanalar, həmçinin ixtisaslı həkimlərlə də təmin olunub. Rayonlardan Bakıya xəstə gətirilməməsinin qadağn olunması yəqin ki, bununla əlaqəlidir. Xəstəni Bakıdan tez bölgədəki xəstəxanaya çatdırmaq olar. Əgər həmin zonadakı xəstəxanaın həkimləri yox desə, ondan sonra xəstəni Bakıya aparmaq olar. Yoxsa ki, xəstənin hansısa xəstəxanaya aparılması üçün maşın verilməməsi yolverilməzdir”.

Rəşid Mahmudov daha sonra dövlət səhiyyə müəssisələrinin pullu xidmətə keçəcəyi ətrafında yayılmış xəbərlərə də münasibət bildirib: 

“Bütün dövlət səhiyyə müəssisələrində pulsuz tibbi xidmətin ləğv edilib, ödənişli sistemə keçməsi mümkün olan iş deyil. Bunun indi tətbiq edilməsini düzgün hesab etmirəm, çünki əhalinin çoxunun müalicə almağa imkanı yoxdur.

Dövlət xəstəxanalırının ödənişli olması üçün ilk əvvəl tibbi sığortaya keçmək lazımdır. Hələ ki, tibbi sığortanın tətbiq edilmədiyinə görə pullu xidmətə keçilməsi düzgün deyil”.