Ölkə əhalisinin başı banklarla dərddədir. Bankların borclandırmadığı və məhkəməlik etmədiyi vətəndaş qalmayıb. Əhalinin xüsusilə aztəminatlı ailələri banklar tərəfindən borclandırılır və səbr kasası daşan vətəndaş son çarə kimi bankı məhkəməyə verməkdə görür. Bir çox halda isə banklar vətəndaşları məhkəmələrlə hədələyir, yaşadığı evi, mənzilini əlindən almağa cəhd edir və təəssüf ki, çox vaxt buna nail də olur.
Tribunainfo.az yazır ki, bank sektorunun rəzil durumda olduğunu bir aylıq müddətdə vətəndaşlara qarşı məhkəmələrdə qaldırdıqları iddiaların sayı da sübut edir. Elə bank var ki, bir gündə hətta bir neçə məhkəməsi var. Bu həm də bank sektorunda peşəkarlıq səviyyəsinin olduqca aşağı olmasından xəbər verir.
Vətəndaşlar tərəfindən ən çox məhkəməyə verilən bankların adlarını apardığımız araşdırma ilə müəyyənləşdirmişik. Bütün göstəricilərində mənfi dinamika müşahidə olunan və ən çox məhkəməyə verilən bankların adlarını təqdim edirik:
“UNİBANK” 493 məhkəmə
“KAPİTAL BANK” 456 məhkəmə
“ACCESSBANK” 206 məhkəmə
“YELO BANK” 146 məhkəmə
“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” 132 məhkəmə
“BANK OF BAKU” 114 məhkəmə
“EXPRESSBANK” 79 məhkəmə
“BANK VTB” (AZƏRBAYCAN) 77 məhkəmə
“AZƏR-TÜRK BANK” 64 məhkəmə
“MUĞANBANK” 51 məhkəmə
“RABİTƏBANK” 55 məhkəmə
“NAXÇIVANBANK” 46 məhkəmə
“YAPI KREDİ BANK AZƏRBAYCAN” 26 məhkəmə
“MELLİ İRAN BANKI” BAKI FİLİALI 25 məhkəmə
“XALQ BANK” 18 məhkəmə
“AFB BANK” 10 məhkəmə
“BANK AVRASİYA” 5 məhkəmə
“ZİRAAT BANK AZƏRBAYCAN” 4 məhkəmə
“AZƏRBAYCAN SƏNAYE BANKI” 2 məhkəmə
“PREMİUM BANK” 2 məhkəmə