Ölkədə sığorta sektoru bərbad vəziyyətdədir. Hər ötən gün yeni bir sığorta şirkəti yaranır. Buna baxmayaraq, hələ də qəza, hadisə zamanı vətəndaş sığorta şirkətininin köməyini görmür. Büdcəsi vətəndaşın ödədiyi vəsait hesabına formalaşan sığorta şirkətləri ehtiyac yarandığı zaman vətəndaşın yanında olmur, ən adi qəzalarda belə yaxasını kənara çəkir.
Tribunainfo.az xəbər verir ki, vətəndaşların sığorta şirkətlərindən narazı olduğunu onların aylıq məhkəmə siyahısından da bilmək olur. Belə ki, əksər sığorta şirkətləri vətəndaşlar tərəfindən məhkəməyə verilib, onlar haqqında iddialar qaldırılıb.
Apardığımız araşdırma zamanı məlum olub ki, əhalinin ən çox narazı qaldığı sığorta şirkəti “Atəşgah Sığorta”dır. Bu sığorta şirkəti haqqında ay ərzində məhkəmədə 33 iddia qaldırılıb. Ancaq məhkəməyə verilən yeganə sığorta şirkəti “Atəşgah Sığorta” deyil.
Məhkəməyə verilən sığorta şirkətləri aşağıdakılardır:
“Atəşgah Sığorta” 33 məhkəmə
“Xalq Sığorta” 22 məhkəmə
“Günay Sığorta” 19 məhkəmə
“Azərbaycan Sənaye Sığorta” 5 məhkəmə
“Meqa Sığorta” 8 məhkəmə
“Standard Insurance” 2 məhkəmə
“A-Group” 2 məhkəmə
“Atasığorta” 1 məhkəmə