Əhali sürətlə azalır – qonşuda həyəcan

Əhali sürətlə azalır – qonşuda həyəcan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Səhiyyə Nazirliyinin Əhali Gənclik Mərkəzinin rəhbəri Sabir Cabari Faruki bəyan edib ki, ölkəsi demoqrafik böhranın bir addımlığındadır. Tribunainfo.az xəbər verir ki, nazirlik rəsmisi uşaq doğumlarının sayının sürətlə azaldığını qeyd edib.
Onun sözlərinə görə, yeni evlənənlər ən azı 4 il uşaq istəmirlər. “İran sürətlə demoqrafik uçuruma doğru irəliləyir. İranda evləndikdən sonra ilk uşağın doğulması orta hesabla dörd ildən sonra baş verir. Bu, o deməkdir ki, gənclər arasında uşaq dünyaya gətirmək ilk illərdə baş vermir”.
Faruki onu da deyib ki, belə davam edərsə, ölkədə əhalinin sayının sürətlə azalması prosesi start götürəcək.