Dövlət Statistika Komitəsi demoqrafik vəziyyətlə bağlı hesabat yayıb.
Dövlət Statistika Komitəsi demoqrafik vəziyyətlə bağlı hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, Azərbaycan əhalisinin sayı bu ilin əvvəlindən 57269 nəfər artaraq sentyabr ayının 1-nə 9 milyon 867 min 250 nəfərə çatıb. Əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakini, 49,9 faizi kişi, 50,1 faizi qadındır. Hər 1000 kişiyə 1006 qadın düşür.
Yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin yerli şöbələri 95395 doğulmuş körpə qeydə alıb. Doğulan uşaqların 53 faizi oğlan, 47 faizi qızdır. Körpələr üçün 75,2 yaş (oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş) ömür uzunluğu gözlənir.
8 ayda ölkədə 39004 ölüm halı qeydə alınıb.
40256 nikah və 9787 boşanma rəsmiləşib.
Yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti daimi yaşamaq üçün 2080 nəfər gələn, 1202 nəfər gedən qeydə alıb, miqrasiya saldosu müsbət 878 nəfər təşkil edib.