2017-ci il avqustun 1-nə Azərbaycan əhalisinin sayı 9,8 milyon nəfər olub. Bu, Cənubi Qafqazda ən yüksək göstəricidir.
2017-ci il avqustun 1-nə Azərbaycan əhalisinin sayı 9,8 milyon nəfər olub. Bu, Cənubi Qafqazda ən yüksək göstəricidir.
İyulun 1-nə Ermənistanın 2,9 milyon nəfər əhalisi olub.
Bu ilin əvvəlinə Gürcüstan əhalisinin sayı 3,7 milyon nəfər göstərilib.
Novator.az bildirir ki, Azərbaycanın şimal qonşusu Rusiyanın əhalisi iyulun 1-nə 146,8 milyon nəfər olub.
İranın 80,4 milyon, Türkiyənin 79,8 milyon nəfər əhalisi olduğu bildirilir.
Keçmiş SSRİ məkanı ölkələrindən Ukraynanın 42,5 milyon nəfər, Özbəkistanın 32,3 milyon, Qazaxıstanın 18 milyon nəfər əhalisi var.
Digər ölkələrin göstəriciləri belədir:
Belarus – 9,5 milyon nəfər
Tacikistan – 8,7 milyon nəfər
Qırğızıstan – 6,1 milyon nəfər
Türkmənistan – 5,7 milyon nəfər
Moldova – 3,5 milyon nəfər
Litva – 2,8 milyon nəfər
Latviya – 1,9 milyon nəfər
Estoniya – 1,3 milyon nəfər.
Son statistikaya görə, ən çox əhalisi olan ölkə Çindir: 1 milyard 386,4 milyon nəfər.
Hindistanın 1 milyard 321,4 milyon nəfər əhalisi var.
ABŞ siyahıda üçüncü (325,8 milyon nəfər), İndoneziya (261,9 milyon nəfər) dördüncü, Pakistan (208,9 milyon nəfər) beşincidir.
Qərbi Avropa ölkələri arasında ilk sırada Almaniya durur. Bu ilin əvvəlinə Almaniyanın 82,8 milyon nəfər əhalisi olub.
Fransanın 67 milyon, Böyük Britaniyanın 65,6 milyon, İtaliyanın 60,5 milyon, İspaniyanın 46,5 milyon nəfər əhalisi var.