Alimlər iddia edirlər ki, əsəbi, yorğun və aqressiv kişilər ürək-damar xəstəliklərinə daha çox tutula bilərlər
Alimlər iddia edirlər ki, əsəbi, yorğun və aqressiv kişilər ürək-damar xəstəliklərinə daha çox tutula bilərlər. Güclü emosional-psixi gərginlik müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilir.
10 il ətraf mühitə nifrət və depressiya kişilərdə immun sistemə ziyan vurur ki, bu da onlarda ürək xəstəliklərinə səbəb olur. Dyuk adına ABŞ Universitetinin alimləri aşkarlayıblar ki, mənfi emosiyalar ikinci qrup şəkər xəstəliyinin yaranmasına səbəb ola bilər. Hirsli, əsəbi və aqressiv kişilərdə C3 zülalın miqdarı artır ki, bu da xroniki immun sisteminin zəifliyinə gətirib çıxarda bilir.
Tibb işçiləri Vyetnam müharibəsində iştirak etmiş 313 veteranın 10 illik sağlamlığını müşahidə ediblər. Qan nümunələrinə baxılmış, psixoloji testlər aparılıb, C3 və C4 zülalların miqdarı müşahidə olunmuşdur. Daha çox nifrət və depressiya hissləri keçirən kişilərdə C3 zülalı 7,1% artırmış. Bu artım öz növbəsində bu kişilərdə ürək sağlamlığına mənfi təsir göstərib.