“Ege Hospital” vətəndaş tərəfindən məhkəməyə verilib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, Zenfira İmaməliyeva klinika ilə bağlı məhkəmədə iddia qaldırıb.
İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklərdir. İddiaçı “Ege Hospital”ın ona vurduğu maddi zərərin ödənilməsini tələb edir.
İşə Nərimanov Rayon Məhkəməsində hakim Aytən Novruzovanın sədrliyi ilə baxılacaq. Tərəflər arasında ilk proses 24 avqust tarixində baş tutacaq.