“Ege Hospital”a getməyi heç kəsə məsləhət görmürəm. Xidmət səviyyəsi olduqca pis, işçiləri həddən artıq kobuddur.
Tribunainfo.az yazır ki, bu barədə klinikanın pasienti İlham Marufov yazıb. O bildirib ki, hospitalın həkim personalı müalicəyə gətirilmiş xəstə uşağa belə normal münasibət göstərmir:
“Şikayətim “Ege Hospital”dandır. Bahalı xəstəxana olmasına baxmayaraq xidmətləri bərbadddır. Personallar səviyyəsiz və kobud insanlardı. Xəstə uşağ olmasına rəğmən üzlərində nə bir təbəssüm oyanır, nə bir şey. Uşağa belə normal münasibət göstərmirlər. Robot kimi oturan savadsız kütlədən başqa bir şey deyil buranın personalları. Heç kəsə tövsiyə etmirəm. Xəstəxana 12 mərtəbə olmasına baxmayaraq cəmi 1 lift mövcuddur”.