ƏFVƏ DÜŞƏN İKİ ÇİN VƏ BİR RUSİYA VƏTƏNDAŞI BAKIDA HANSI CİNAYƏTİ TÖRƏTMİŞDİLƏR?backend

ƏFVƏ DÜŞƏN İKİ ÇİN VƏ BİR RUSİYA VƏTƏNDAŞI BAKIDA HANSI CİNAYƏTİ TÖRƏTMİŞDİLƏR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentin əfv etdiyi məhkumlar arasında xarici vətəndaşlar da var. Tribunainfo.az-ın araşdırması zamanı məlum olub ki, əfvə düşən iki Çin və bir Rusiya vətəndaşı birgə cinayət törədiblər.
Belə ki, 2018-ci ildə Bakıda banklardan birində 18900 saxta ABŞ dolları dəyişmək istəyən əcnəbi vətəndaşlar saxlanılıb. Yasamal rayonu Şərifzadə küçəsində yerləşən banklardan birinin filialında 3 əcnəbi ölkə vətəndaşı külli miqdarda saxta ABŞ dolları dəyişməyə cəhd göstərib.
Onların bu niyyətlərinin qarşısı bankda xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən alınıb. Qısa zaman kəsiyində hadisə yerinə cəlb edilən idarənin tutucu qrupunun əməkdaşları həmin şəxsləri saxlayaraq aidiyyəti üzrə Polis İdarəsinə təhvil veriliblər.
Araşdırma aparılan zaman saxlanılan şəxslərin Çin Xalq Respublikasının vətəndaşları Chen Meng Lin, Lin Zhi Fanq və Rusiya Federasiyası vətəndaşı Məhəmmədrəsul Rəsulov olduğu müəyyənləşib. Saxlanılan şəxslərdən ümumilikdə 18900 saxta ABŞ dolları müəyyən edilərək maddi sübut kimi götürülüb. İlkin ifadələrində həmin şəxslər saxta əskinasları satmaq, həmçinin paytaxt ərazisində yerləşən ticarət mərkəzlərində istifadə etmək niyyəti ilə ölkə ərazisinə gətirdiklərini etiraf ediblər. Bu gün onlar azadlığa qovuşublar.