Azərbaycan prezidenti İlham Əliyevin həftə sonuna kimi əfv sərəncamı imzalayacağı gözlənilir. Azərbaycan prezidenti İlham Əliyevin həftə sonuna kimi əfv sərəncamı imzalayacağı gözlənilir.
Bu barədə Azvision.az-a Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
Ə.Nuriyev xatırladıb ki, artıq Komissiyasının iclasları başa çatıb: “İclaslarda 900-dən artıq müraciət araşdırılıb və onların 450-nə müsbət rəy verilib. Sonrakı mərhələdə rəylər hazırlanaraq Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq. Bundan sonra ölkə başçısının əfv sərəncamı olacaq. Sərəncamın həftə sonuna qədər imzlanacağını gözləyirik”.