Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
TİA.AZ xəbər verir ki, komissiyanın üzvü Mehdi Mehdiyev APA-ya açıqlamasında iclasda 120 müraciətə baxıldığını bildirib.
O, indiyədək keçirilən iclaslarda ümumilikdə 850-yə yaxın müraciətə baxıldığını deyib.
Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.
Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi, iclaslarda 800-dən çox müraciətə baxılacağı bildirilir.