Əfv Komissiyası bu gün yenə toplanır

Əfv Komissiyası bu gün yenə toplanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Modern.az- ın məlumatına görə, iclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasına 1000-dək müraciət daxil olub. Komissiyasının yanvarın 30-da keçirilən ilk iclasında 100 müraciətə baxılıb. Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.

Novruz bayramı ərəfəsində isə əfv sərəncamının veriləcəyi gözlənilir.