Əfv haqqında qanun qəbul edildi

Əfv haqqında qanun qəbul edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya konqresi (parlamentin aşağı palatası) Kataloniya separatçılarının əfvi haqqında qanun qəbul edib.

Bu barədə “El Pais” nəşri yazıb.

Qanun layihəsinin lehinə 178 deputat, əleyhinə 172 deputat səs verib. Qeyd olunub ki, qanunun qəbul edilməsi üçün 176 səs kifayət edirdi.

Hazırda qanunun qüvvəyə minməsi üçün Senatın (parlamentin yuxarı palatası) təsdiqini gözləmək lazımdır.

Xatırladaq ki, ötən illər ərzində Kataloniyada İspaniyadan ayrılmaq üçün “müstəqillik referendumu” keçirilməyə bir neçə dəfə cəhd edilsə də, bu, baş tutmayıb. Separatçı hərəkatın liderləri həbs olunub və artıq xeyli müddətdir ki, İspaniya hökumətinin onları əfv edəcəyi barədə ölkə mətbuatı məlumat yayır.