Əfv edilən nazir müavininin həbsdən sonra ilk görüntüsü – FOTObackend

Əfv edilən nazir müavininin həbsdən sonra ilk görüntüsü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov da bu gün əfv edilib.

Tribunainfo.az “Qafqazinfo”ya istinadən  R.Bayramovun azadlığa buraxılarkən çəkilmiş fotosunu təqdim edir.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Əfv sərəncamı imzalayıb. Sərəncama əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 17 avqust tarixli hökmü ilə məhkum edilmiş sabiq nazir müavini də əfv olunub.
R.Bayramov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. 2021-ci ilin oktyabrında Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib.