Kino tarixinin ən önəmli rejissorlarından biri olan Devid Linç xəstəliyini açıqlayıb və artıq evindən çölə çıxa bilməyəcəyini bildirib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, rejissor amfizem diaqnozu qoyulduğunu və artıq evindən çölə çıxa bilməyəcəyini açıqladı.
Sight and Sound jurnalına danışan 78 yaşlı Linç həyatı boyu siqaret çəkdiyi üçün amfizemdən əziyyət çəkdiyini açıqlayıb.
“Mən oksigen tükənənə qədər yalnız bir az məsafəni gəzə bilirəm”, – deyə məşhur rejissor bildirib.
Linç yenidən rejissorluq edəcəyinin çətin olduğunu desə də, “Uzaqdan rejissorluq edərdim, təbii ki, çox da xoşuma gəlmir”, – deyərək təqaüdə getmədiyini təsdiqləyib.
Qeyd edək ki, Linçin son layihəsi 2017-ci ildə “Twin Peaks: The Return” idi.