İtaliyanın məşhur dizayneri, müasir üsluba yeni baxış gətirən Corco Armani 91 yaşında vəfat edib.
Tribunainfo.az “La Repubblica”ya istinadən verir ki, o, qısa müddətli xəstəlikdən sonra 4 sentyabrda öz evində dünyasını dəyişib. Armani son günlərini hər zamankı kimi işlə keçirib – hətta xəstəxana şəraitində və sağalmaq prosesində də moda nümayişlərini məsafədən idarə edib, modellərin geyimlərini nəzarətdə saxlayıb və hər detalda tələbkar olaraq qalıb.
İmran Kərimli