Əfsanəvi boksçu Corc Forman 76 yaşında vəfat edib

Əfsanəvi boksçu Corc Forman 76 yaşında vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın boks əfsanəsi Corc Forman 76 yaşında vəfat edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə onun yaxınları “Instagram” hesabında məlumat verib.

Qeyd edək ki, Forman 1949-cu ildə Texasda anadan olub. Corc Forman ağır çəkidə Olimpiya və iki dəfə dünya çempionu olub.

1974-cü il oktyabrın 30-da Kinşasada (Zair) Formanla Məhəmməd Əli arasında görüş keçirilib. “Cəngəlliklərdə savaş” adlandırılan bu döyüş 8-ci raundda Məhəmməd Əlinin nokautla qələbəsi ilə başa çatıb. Corc Forman karyerasında ilk məğlubiyyətini bu görüşdə alıb.