Əfqanıstanın keçmiş naziri Almaniyada pizza daşıyır

Əfqanıstanın keçmiş naziri Almaniyada pizza daşıyır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əfqanıstanın keçmiş Rabitə və İnformasiya Texnologiyaları naziri Sayed Ahmad Şat Səadət Almaniyanın Leypsiq şəhərində kuryer işləyir.
TİA.AZ “EHA News” nəşrinə istinadən xəbər verir ki, keçmiş Əfqanıstan naziri “Lieferando” çatdırılma xidmətinin işçisidir və velosipedlə pizza daşıyır.

“Leipziger Volkszeitung” nəşrinin yazdığına görə, Sayed Ahmad Şat Səadət 2018-ci ildən etibarən keçmiş prezident Əşrəf Qani yanında Nazirlər Kabinetinin üzvü olub. O, kənd əhalisi üçün mobil şəbəkənin genişləndirilməsinə məsul idi. 2020 -ci ildə Qani hökuməti Səadəti onun şöbəsi üçün ayrılan maliyyəni Talibanla mübarizə strategiyasına köçürməkdən imtina etdiyi üçün istefaya məcbur edilmişdi. Bundan sonra keçmiş nazir yeni bir həyata başlamaq üçün Almaniyaya köçmüşdü.

15 avqust 2021-ci ildə Taliban yaraqlıları Kabilə girdikdən sonra Əfqanıstanda “savaşın sona çatdığını” elan etdi və bunu ölkənin “azad edilməsi” adlandırdı. Həmin gün Əfqanıstan Prezidenti Əşrəf Qani istefa edərək ölkəni tərk etdi.