Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1411-ə çatdı – YENİLƏNİB

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1411-ə çatdı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1411 nəfərə çatıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanların sayı 3124 nəfər olub.

“5400-dən çox ev isə tamamilə dağılıb”, – o vurğulayıb.

***

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Əfqanıstanın Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyin mətbuat xidməti məlumat verib.

Xəsarət alanların sayı isə 3000 nəfərdir.

Ölü sayının ciddi dərəcədə artacağı istisna edilməyib.