Əfqan Sadıqovla bağlı qərar verildi

Əfqan Sadıqovla bağlı qərar verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası ilə bağlı həbs müddətini mayın 3-dək uzadıb.

Qərarı hakim Lela Maridaşvili qəbul edib.

İclasda dövlət ittihamçısı Əfqan Sadıqovun qaçması riskinin artdığını, bu səbəbdən onun barəsində seçilmiş ekstradisiya həbs müddətinin uzadılmasını istəyib.

 

Vəkil Əfqan Sadıqovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin 10 min lari girovla əvəz olunmasını xahiş edib, lakin onun vəsatəti qəbul edilməyib.

 

Qeyd edək ki, ötən il noyabrında Tbilisi Şəhər Məhkəməsi “Azel TV”nin təsisçisi və baş redaktoru Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası barədə qərar çıxarıb.

 

Xatırladaq ki, Əfqan Sadıqov ötən il avqustun 3-də Gürcüstanda həbs edilib.

 

APA