Əfqan Muxtarlıya qarşı daha bir maddə ilə yeni ittiham

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət sərhədini qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilərək saxlanılan jurnalist Əfqan Muxtarlıya qarşı yeni maddə ilə ittiham irəli sürülüb. 

Dövlət sərhədini qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilərək saxlanılan jurnalist Əfqan Muxtarlıya qarşı yeni maddə ilə ittiham irəli sürülüb.

TİA.AZ-ın verdiyi xəbərə görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

E.Sadıqov bildirib ki, Ə.Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürülüb. Ə.Muxtarlı saxlanılarkən Cinayət Məcəlləsinin 206-cı ( qaçaqmalçılıq) və 318.1-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə ittiham olunub.

İttihama görə, Ə.Muxtarlı saxlanılarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına müqavimət göstərib.

E.Sadıqov qeyd edib ki, müstəntiqin Ə.Muxtarlı barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimatına baxılması üçün Səbail rayon məhkəməsinə gedirlər.