Əfqan mücahidlərinə qarşı “Qərb” əməliyyatı – 26 baza dağıdılıb, komandir İrana qaçıb

Əfqan mücahidlərinə qarşı “Qərb” əməliyyatı – 26 baza dağıdılıb, komandir İrana qaçıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10 il ərzində, 1979-1989-cu illərdə Əfqanıstan ərazisində “şuravilər” və “düşmənlər” saysız hesabsız hərbi əməliyyatlar keçiriblər və bu əməliyyatlar zamanı tərəflər böyük itkilərə məruz qalıb.

Geniş miqyaslı əməliyyatlardan biri də 18 avqust 1986-cı ildə sovet hərbi kontingenti və Əfqanıstan ordusu tərəfindən birgə keçirilib. Avqustun 26-na qədər davam edən əməliyyat şərti olaraq “Qərb” əməliyyatı adlandırılıb.

Əməliyyatın keçirilməsində məqsəd Herat bölgəsində müxalif qüvvələrin arxa cəbhə bazalarını məhv etmək olub. Əsas hədəf Heratın ucqar hissəində İranla sərhəd olan Şarşari rayonu seçilib.

Əməliyyata sovet hərbi kontingentindən 10, Əfqanıstan Demokratik Respublikasının ordusundan isə 18 batalyon cəlb edilib. Ümumi əməliyyata ordu generalı Valentin Varennikov rəhbərlik edib. Əməliyyatda aviasiya, tank, hava-desant, artilleriya, piyada qoşunlarından istifadə olunub.

unnamed.jpg (153 KB)

Herat bölgəsində isə hərbi müxalifətə Turan İsmayıl başçılıq edib. Saur inqilabından sonra hökumətə qarşı çıxan Turan İsmayıl kifayət qədər peşəkar hərbçi sayılıb. Turan İsmayılın tabeliyində 4655 nəfər olmaqla 199 döyüşən dəstə olub.

14 gün davam edən əməliyyatda mücahidlər böyük itkilər verib. Turan İsmayılı ələ keçirmək şansı olsa da, mücahidlərin müqaviməti sayəsində onu İrana keçirmək mümkün olub.

“Qərb” əməliyyatı nəticəsində əfqan mücahidlərinin 26 anbarı darmadağın edilib. Həmin anbarlarda əsasən silah-surat saxlanılıb. Bununla yanaşı, ərzaq və əşya anbarları da dağıdılıb. Mücahidlərə məxsus 25 istehkam və qala tipli yaşayış yerləri də yerlə-yeksan edilib.

1021708611.jpg (111 KB)

“Qərb” hərbi əməliyyatının əsas nəticələrindən biri də bölgədə bir sıra müxalif qüvvələrinin Əfqanıstan hökuməti tərəfinə keçməsi olub və bu, mücahidlərin ümumi qüvvəsini zəiflədib. Digər tərəfdən, hərbi bazaların partladılması, o cümlədən ərzaq anbarlarının dağıdılması da tərəflərin qüvvə nisbətini xeyli dəyişib.

10 illlik Əfqanıstan müharibəsi dövründə “Qərb” hərbi əməliyyatı ən uğurlu əməliyyatlardan biri sayılıb. Əməliyyat haqqında Amerika Birləşmiş Ştatlarının və qərb ölkələrinin kütləvi informasiya vasitələrində yazılar tirajlanıb, bu yazılarda SSRİ-nin Əfqanıstanla bağlı yürütdüyü siyasət sərt tənqid olunub.

800px-RIAN_archive_21225_On_watch.jpg (123 KB)

ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan (1981-1989) ənənəvi mətbuat konfransanda “Qərb” əməliyyatı haqqında fikirlərini bölüşərək SSRİ-ni təcavüzkar ölkə adlandırıb.

Sonralar SSRİ silahlı qüvvələrinin quru qoşunları komandanı, müdafiə nazirinin müavini, ordu generalı Valentin Varennikov “Qərb” əməliyyatı haqqında fikirlərini aşağıdakı kimi bölüşüb:
“Əfqanıstan müharibəsi tarixində “Qərb” əməliyyatı ən uğurlu əməliyyatlardan biridir. Əfqan hərbçiləri ilə birgə keçirilən bu əməliyyat mücahidlər üçün gözlənilməz idi. Turan İsmayılın peşəkar döyüşçü dəstələri sovet hərbçilərinin döyüş hazırlığının bu səviyyədə olmasını ağıllarına belə gətirə bilməzdilər. Düşmən qüvvələrinin arxa cəbhə ehtiyatlarını məhv etməklə biz onları aciz vəziyyətdə qoymuşduq. Əfqan hərbşiləri də sovet hərbçilərinin peşəkarlığını təəccüblə seyr edirdilər. “Qərb” əməliyyatı mürəkkəb bir əməliyyat idi. Birincisi, ona görə ki, hədəf İranla sərhəd idi və əməliyyat elə keçirilməli idi ki, sərhəddə insident yaranmasın. İkincisi isə, bu əməliyyatda ayrı-ayrı qoşun növlərinin iştirakı, onların koordinasiyasını yaratmaq da çətinlik yaradırdı. Amma bütün bu çətinliklərə baxmayaraq bu əməliyyatı uğurla sona çatdırdıq…”

1024px-Mortar_attack_on_Shigal_Tarna_garrison,_Kunar_Province,_87.jpg (170 KB)

Sözsüz ki, bu əməliyyatda da sovet hərbi kontingentinin hərbçiləri arasında da həlak olanlar və itkin düşənlər az olmayıb. Amma bu haqda mətbuata və ictimayyyətə heç bir açıqlama vrilməyib.

Uğurlu əməliyyaa görə isə başda ordu generalı Vitali Varennikov olmaqla 91 nəfər hərbçi dövlət təltifləri ilə mükafatlandırılıblar. Hava-desant qonunlarının əməliyyatdakı fəaliyyəti isə xüsusi olaraq qiymətləndirilib.

“Qərb” əməliyyatının iştirakçılarından biri, kəşfiyyatşı, qvardiya baş serjantı İlyas Daudi isə bu əməliyyatda göstərdiyi qəhrəmanlığa görə mükafatını 23 ildən sonra alıb. 2009-cu ildə Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedyevin 1497 nömrəli fərmanı ilə İlyas Daudi “Rusiya Federasiyasının Qəhrəmanı” adına layiq görülüb.

18_glavnaia.jpg__750x415_q75_crop-True_subsampling-2_upscale (1).jpg (134 KB)

Bəli, 10 illik Əfqanıstan müharibəsi zamanı paylanılan minlərlə ordenlərin, medalların arxasında on minlərlə insanın ölümü dayanıb, həm “şurəvilərin”, həm də “düşmənlər”in…

İlham Cəmiloğlu