Əfqan Cəlilov Rauf Vəliyevə qarşı… – Məhkəmə

Əfqan Cəlilov Rauf Vəliyevə qarşı… – Məhkəmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC növbəti dəfə məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, QSC ilə bağlı iddianı bu dəfə “Dövlət Dəniz və Liman Agentliyi” qaldırıb. Prosesdə cavabdeh tərəf kimi “SOCAR-AQŞ” MMC də cəlb edilib. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı tərəf “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən maddi ziyanın ödənilməsini tələb edir.

İş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilib. 27 dekabr tarixində hakim Kənan Hüseynovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən “Azərbayacan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Göyüş oğludur. İddiaçı tərəf olan “Dövlət Dəniz və Liman Agentliyi”nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən isə Əfqan Cəlilov Süleyman oğludur.

Tərəfləri dinləməyə hazırıq.

Roman