“Ölkəyə gətirilən hazır çap məhsullarının, kağız və qəzet materiallarının üzərindən əlavə dəyər vergisi (ƏDV) götürülməlidir”.
“Ölkəyə gətirilən hazır çap məhsullarının, kağız və qəzet materiallarının üzərindən əlavə dəyər vergisi (ƏDV) götürülməlidir”.
TİA.AZ xəbər verir ki, belə təklifə Milli Məclisin bu gün keçirilən plenar iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib.
Ə.Amaşov deyib ki, hazırda bu məhsullara ƏDV tətbiq olunduğu üçün KİV-lərin fəaliyyətlərinə mənfi təsir göstərir:
“KİV-lərin reklam bazarı olmadığı üçün sadlanan məhsullar üzərindən ƏDV-nin götürülməsi, onların müstəqil fəaliyyətinə müsbət təsir göstərə bilər”.
Ə.Amaşov KİV-lərin ciddi maliyyə problemləri ilə üzləşdiyini söyləyib.