backend

Əflatun Amaşov Prezidentə təşəkkür etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsan həyatının əlamətdar günlərində indiyədək keçdiyi yola nəzər salır, nələrisə düşünür, saf-çürük edir. Ancaq onun özünü düşünən daha böyük qüvvənin olduğunu biləndə, hiss edəndə fərəh və qürur hissi keçirir. 

İnsan həyatının əlamətdar günlərində indiyədək keçdiyi yola nəzər salır, nələrisə düşünür, saf-çürük edir. Ancaq onun özünü düşünən daha böyük qüvvənin olduğunu biləndə, hiss edəndə fərəh və qürur hissi keçirir.

Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsində dövlətimizin məni düşündüyünü bilmək həyatımın ən böyük qürur və fəxarət anı, 60 illik yubileyimə verilən son dərəcə qiymətli hədiyyədir. Cənab Prezidentə məni “Şöhrət” ordeni ilə təltif etdiyi üçün dərin minnətdarlığımı bildirirəm. Dövlət başçımıza Vətənimiz Azərbaycanın çiçəklənməsi yolundakı yorulmaz fəaliyyətində uğurlar arzulayıram.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov yazıb. O, yaşı ilə bağlı düşüncələrini belə davam etdirib:

“…Bu barədə hələ uşaq olarkən düşünmüşdüm. O zamanlar 20-30 yaşlılara əmi, dayı deyərdim. Yəni əmidirsə, hələ baba deyil. Demək qocalmayıb. Qocalara da diqqət yetirərdim. Heç birinin dünyasını dəyişəcəyini düşünməzdim. Amma günlərin birində, ikisində, üçündə onların həyatla vidalaşdıqlarına şahidlik etdim.

Nisbətən böyüdüm. Səməd Vurğunun cəmi 50 il ömür sürdüyünü öyrəndim. Xəbər tutdum ki, Mikayıl Müşfiq 29, Asəf Zeynallı 23 il yaşayıb. Təbii, Allahın qisməti, bizlər üçün müəyyənləşdirdiyi tale payı var. Əcəldən qaçmaq olmaz da deyirlər. Amma insan istər-istəməz düşünür ki, mən nə qədər yaşasam bəs edər? Bəlkə də naşükürlükdəndir ki, daha çox yaşamaq istəyirik. Bəlkə də bu istək genimizə hopan yaddaşdır.

Əminəm ki, daha çox ömür sürmək arzusu heç bir insanı tərk etməyəcək. Təsadüfi deyil ki, bir-birimizə uzun ömür arzulayırıq. Ancaq bir-birimizə sağlam və xoşbəxt ömür də arzulayırıq. 60 yaşındayam. Əziz dostlar, həyatımın əlamətdar günü münasibəti ilə Sizlərdən uzun və sağlam ömür diləklərini, gözəl sözləri eşitmək çox xoş oldu. Demək ki, bundan sonra da yaşamağa və həm də Sizlərin sevgisi, diqqəti və qayğısı ilə daha çox yaşamağa dəyər. Hər birinizə dərin təşəkkürümü bildirirəm. İnanın ki, ən xoş arzularım, duyğularım Sizinlədir. Sağlam olun, xoşbəxt olun, VAR OLUN! Uca Tanrı hər birinizdən razı olsun!”

Qeyd edək ki, Prezident İlham Əliyevin 25 aprel tarixli sərəncamı ilə Əflatun Amaşov “Şərəf” ordeni ilə təltif edilib.