backend

Əflatun Amaşov Lavrova sual verən jurnalisti tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Rusiya xarici işlər naziri Sergey Lavrova verdiyi suala görə “Lider TV”nin əməkdaşı Anar Həsənovun işdən çıxarılmasına münasibət bildirib. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Rusiya xarici işlər naziri Sergey Lavrova verdiyi suala görə “Lider TV”nin əməkdaşı Anar Həsənovun işdən çıxarılmasına münasibət bildirib.

TİA.AZ xəbər verir ki, Ə. Amaşov bu addıma görə telekanala haqq qazandırıb:

“Azərbaycan-Rusiya münasibətlərinin hazırkı mərhələsində Azərbaycan jurnalistinin – “Lider TV”nin müxbiri Anar Həsənovun Rusiyanın xarici işlər naziri Sergey Lavrova ünvanladığı sual ola bilsin ki, uğurlu deyildi. Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedirsə, zənnimcə, daha vacib məqamlara diqqət yetirmək lazım idi. Məsələn, 2016-cı ilin “aprel müharibə”sindən sonra Lavrovun şəxsində Rusiya yeni sülh planı irəli sürmüşdü. Nizamlama prosesindəki son və deyərdim ki, daha real mərhələ məhz bu plan idi. Ancaq biz gördük ki, plan icra olunmadı. Ermənistan məsələyə əhəmiyyət vermədi. Rusiya isə sözünün üstündə durmadı. Lavrovdan bunun səbəbini soruşmaq olardı. Nəzərə alaq ki, Rusiyanın yüksək vəzifə tutan nümayəndəsinə birbaşa sual vermək şansı hər zaman ələ düşmür. Şansdan maksimum yararlanılmalı idi. Bununla yanaşı, jurnalistin işdən çıxarılması “Lider TV” rəhbərliyinin müstəsna səlahiyyətində olan məsələdir. Əlbəttə, o, istedadlıdırsa, səmərəli fəaliyyəti ilə seçilirsə, potensialından digər vəzifələrdə də istifadə etmək olardı”.

Ə.Amaşov Anar Həsənovun jurnalist peşəsinə uyğun olmayan hərəkətləri haqqında deyilənlərə də münasibət bildirib.

“Bəzi adamlar bildirirlər ki, Anar Həsənov jurnalist peşəsinə uyğun olmayan dəst-xətt seçirmiş. Müxtəlif təmənnalı işlər görürmüş. Mən bu yanaşmanı məqbul saymıram. Əgər belə işləri olubsa, ona qarşı tədbir vaxtında həyata keçirilməliydi. O adamlar da gərək həmin vaxt dilə gələydilər, fikirlərini bildirəydilər. Hər bir halda işçisini işdə saxlayıb, yaxud uzaqlaşdırmaq bir daha deyim “Lider TV” rəhbərliyinin səlahiyyətində olan məsələdir”, – deyə o bildirib.