backend

Efirlərdə Azərbaycan dilində danışa bilməyən aparıcılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Televiziyaların dil monitorinqini aparan zaman aparıcıların dilində qüsurların aradan qaldırılmasını müşahidə edirik. Bu məsələdə Dilçilik İnstitutunun monitorinq şöbəsi əməkdaşlarının rolu danılmazdır”. 

“Televiziyaların dil monitorinqini aparan zaman aparıcıların dilində qüsurların aradan qaldırılmasını müşahidə edirik. Bu məsələdə Dilçilik İnstitutunun monitorinq şöbəsi əməkdaşlarının rolu danılmazdır”.


TİA.AZ xəbər verir ki, bu sözləri Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva Telekanalların dil monitorinqi adlı tədbirdə deyib.


S.Əliyeva bildirib ki, televiziya aparıcılarının dilində ən çox narahat edən məsələ televiziya efirlərində türk sözləri və intionasiyasıdır: “Azərbaycan dilində hər hansı xəbəri ifadə edəcək qədər sözlər var. Bunun üçün başqa dillərdən söz əlavə etməyə ehtiyac yoxdur. Bu dəfə monitorinqimizdə təkcə xəbər yox, digər verilişlərin də monitorinqi aparılıb. Bu həm də həmin aparıcıların öz üzərində işləməsi üçün vacibdir. Monitorinqlərin nəticəsində tələblərə əməl edən aparıcılar da var. Məsələn, Xəzər televiziyasında Xoşqədəm Hidayətqızını nümunə göstərə bilərəm. Bu yaxınlarda onun verilişində oldum, Xoşqədəm xanım bir dəfə də olsun, türk sözlərindən istifadə etmədi. Baxmayaraq ki, o illərdir Türkiyə vətəndaşı ilə evlidir. ATV telekanalının aparıcısı Zaur Baxşəliyevin dilində əvvəl türk dilinə xas ifadələr yer alırdı. Lakin bizim tövsiyələrimizdən sonra ciddi şəkildə aradan qaldırdığı hiss olunur. Televiziya aparıcıları Dilçilik İnstitutu əməkdaşlarının monitorinqindən nəticə çıxarırlar, bu nəzarəti öz üzərində hiss edirlər. Bizim əsas işimiz Azərbaycan dilinin qorunmasıdır, bunun üçün əlbir olmalıyıq. İnstitutumuzda həmçinin treninqlər də təşkil olunur. Dil problemlərini aradanda qaldırmaq istəyənlər treninqlərdə iştirak edə bilərlər”.