Efirdə aparıcı qonağı biabır etdi: “Siz kimə deyirsiniz?!” – Video

Efirdə aparıcı qonağı biabır etdi: “Siz kimə deyirsiniz?!” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Space” TV-də yayımlanan verilişlərin birində aparıcı qonağı biabır edib.

Minval.info xəbər verir ki, proqrama dəvət alan şair Zamiq Zərdabi “yalan” mövzusu bardə fikir bildirərkən aparıcı Elçin Əlibəyli onun sözünü kəsərək onun gördüyü yanlış işi xatırladıb.

Belə ki, qonaq mövzu söhbət açarkən cinsə görə yalan danışmağı müəyyən etməyin düzgün olmadığını dilə gətirib:

“İnsana aid xüsusiyyətləri – yalan danışmaq, sevmək və digər hər hansı bir hissi cinsə görə bölmək yanlış məsələdir. Yəni istər kişi, istər qadın olsun buna insan aspektindən yanaşmaq lazımdır”.

Bu zaman E.Əlibəyli onun çıxışına müdaxilə edərək “bircə dəqiqə, bu sualı verməyə bilmərəm” deyərək şairin yalanının üstünü açıb:

“Nədən danışırsınız? Siz sosial şəbəkədə öz adınızı, soyadınızı gizlədib, başqa şəkil qoyub, böyük yalanlardan ibarət ismarışlar yazırsınız. Kimə deyirsiniz bunu?”

Z.Zərdabi aparıcının dediklərinə etiraz etməyib, əksinə “mən demədim ki, yalan danışmıram” sözlərini söyləyib.