ƏƏSMN köhnə dostundan 1.7 milyona lisenziya alırbackend

ƏƏSMN köhnə dostundan 1.7 milyona lisenziya alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ƏƏSMN-in balansında olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) daha bir tenderini yekunlaşdırıb. Tribunainfo.az xəbər verir ki, qurum 1.7 milyon manata Oracle lisenziyası və ona texniki zəmanət xidmətinin satınalınmasını həyata keçirəcək.
Bununla əlaqədar isə “OJAG CONSULTİNG SERVİCES” MMC ilə müqavilə bağlanılıb.
Araşdırma zamanı şirkətin konkret olaraq sahibinin kim olası barədə məlumat əldə etmək mümkün olmayıb. Lakin şirkətin hazırda Səbayel rayonu, Nizami küçəsi 96 ünvanında ofisə malik olduğu qeyd edilir.
Həmin araşdırma zamanı o da məlum olub ki, ƏƏSMN ilə “OJAG CONSULTİNG SERVİCES” MMC arasında münasibətlər hələ 2019-cu ilə qədər gedib çıxır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti “OJAG CONSULTİNG SERVİCES” MMC ilə həmin dönəmdə “Oracle” lisenziyası almaq üçün 552 min 264 manat pul xərcləyib.
Maraqlı məqamlardan biri də odur ki, sözügedən şirkətin rəsmi veb saytı olsa da, orada Azərbaycan bölməsi yoxdur. Sayt yalnız ingilis dilindədir.