Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tenderi ləğv edilib.
Tribunainfo.az-ın məlumatına görə, nazirliyin bir neçə rayonda həyata keçirmək istədiyi layihələrdən gedir.
Belə ki, nazirlik Qazax, Şəmkir, Tovuz, Masallı, Cəlilabad, Şəki, Siyəzən, Qax, Xızı və Ağstafa rayonlarında inşa olunmuş 23 ədəd bir mərtəbəli 2 və 3 otaqlı birtipli fərdi yaşayış evlərinin qazlaşdırılması işlərinin satın alınmasını reallaşdırmaq istəyində olub. Bununla bağlı, 127.867,16 manatlıq bir məbləğ də nəzərdə tutub. Lakin tenderlərə nəzarət edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti nəticələri ləğv edib.
Buna səbəb isə nazirliyin hazırladığı satınalma qaydalarının qanunlara uyğun olmaması, qiymətin şişirdilməsi və iştikarçı sayının 3-də az olması olub.
Qeyd edək ki, ƏƏSMN-in indiyə qədər keçirdiyi bir neçə tender məhz qiymətlərin realdan daha yüksək göstərilməsi səbəbindən ləğv edilib.