ƏƏSMN-in daha iki tenderi ləğv edildibackend

ƏƏSMN-in daha iki tenderi ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin elan etdiyi iki tender ləğv edilib. Tribunainfo.az xəbər verir ki, bu barədə məlumat etender.gov.az saytında yerləşdirilib.
Həmin məlumatda deyilir ki, ləğv edilən tenderlərdən biri liftlərə texniki xidmətin göstərilməsi ilə bağlı olub. Belə ki, 32.272 manat nəzərədə tutulan işlərin ləğvinə səbəb isə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.2-ci maddəsinin tələblərinin pozulmasıdır.
TSERA-nın ləğv edilmiş ikinci tenderi isə yanğınsöndürmə sistemlərinə xidmət və balonların dolumunu əhatə edib. Belə ki, 7.726 manatlıq katirovka sorğusu Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti bu zaman da sözügedən qanunun 36.1.1.-ci maddəsinin pozulmasını əsas göstərib.