ƏƏSMN-in 1.2 milyonluq tenderi baş tutmadı

ƏƏSMN-in 1.2 milyonluq tenderi baş tutmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəs Nazirliyinin balansında olan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, qurumun hədəfi  Milli Observatoriya üçün ofis sahəsinin icarəyə götürmək olub.

1.2 milyon manatlıq ofis axtarışında olan Observatoriya istədiyini tapsa da, Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qurumun konkret seçim etdiyini əsas tutaraq, tenderin nəticələrini ləğv edib. Səbəb isə mövcud qanunvericiliyin tələbinin pozulması göstərilib.

Xatırladaq ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya  2691 m2-lik sahəni 24 ay müddətinə icarəyə götürmək istəyib.

Bildirək ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın faktiki rəhbəri Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayevdir.