Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi (əhali arasında VTEK kimi tanınır-red.) büdcədən pul silməyin yeni yolunu tapıb. Daha doğrusu, bunun üçün daha bir tender elan edib.
Tribunainfo.az xəbər verir ki, Agentlik bu günlərdə yeni tenderinin şərtlərini açıqlayıb. Həmin şərtlərə əsasən TSERA onlarla Azərbaycan Bayrağı və özünün loqosu və adı yazılmış bayraq, habelə 80 ədəd mərhum Ümummilli Lider Heydər Əliyevin portertlərini satın alacaq.
Agentlik bununla bağlı 31.501,58 manat xərcləmək fikrindədir. Qalib şirkətin adı isə sentyabrda açıqlanacaq.
Aydın məsələdir ki, bütün dövlət qurumlarında Azərbaycanın qurucusu Heydər Əliyevin portretləri olmalıdır. Bu, Ümummilli Liderə olan sayğı və ehtiramın nümunəsidir. Elə Azərbaycanın dövlət Bayrağının da bütün qurumlarda başda duruması vacibdir. Lakin bütün bunlar üçün dövlət qurumunun 31.5 min manat pul xərcləməsi qəti başadüşlən deyil. Ona görə ki, bu rəqəmlər şərtlərdə göstərilən vəsaitlərin daha çoxunu almaq mümkündür.
Bir də TSERA xüsusi komissiyadır və onun vəzifəsi insanların əlillik dərəcəsi, xəstəlik səviyyəsini müəyyən etməkdir. Paralel olaraq, xəstələrin reablitasiyasını da həyata keçirməlidir. Lakin görünən odur ki, qurum bu istiqamətdə iş görmək yerinə, pul qazanmaq barədə daha çox düşünür. Özü də bunu müqəddəs olan şeylər üzərindən həyata keçirməkdən çəkinmir.
Xatırladaq ki, ölkədə ən çox şikayət edilən dövlət qurumu ƏƏSMN və onun tərkibindəki TSERA-dır.