Ədliyyə Nazirliyinin eksperti həbs edildi

Ədliyyə Nazirliyinin eksperti həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti İlham Həsənov barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
TİA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda təqdimat təmin edilib.
İ.Həsənov barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İ.Həsənov hədə-qorxu ilə tələb etmədə ittiham edilir.