Ədliyyə Nazirliyi istismarda olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturunun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərinə 3 970 892 AZN xərcləyəcək.
Tribunainfo.az – ın xəbərinə görə, xidməti “Bestcomp Group” QSC həyata keçirəcək.
Nazirlik və QSC arasında müqavilə bağlanıb.
Qeyd: QSC milyonluq tenderləri əldə edən əsas qurumlardandır. “Bestcomp Group”un fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir.
Pravda.az