backend

Ədliyyə nazirinin beş müavini oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 5-də imzaladığı sərəncamla general-leytenant Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin edilib. 

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 5-də imzaladığı sərəncamla general-leytenant Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin edilib.

Modern.az saytı xəbər verir ki, bu təyinatla ədliyə naziri Fikrət Məmmədovun müavinlərinin sayı 5 nəfərə çatıb.

Belə ki, indiyədək nazirin 4 müavini fəaliyyət göstərirdi və bugünkü sərəncamla onlara toxunulmayıb.

Ədliyyə nazirinin əvvəlki 4 müavini aşağıdakılardır:

II dərəcəli dövlət ədliyyə müşaviri Toğrul Musayev;
II dərəcəli dövlət ədliyyə müşaviri Azər Cəfərov,
II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahidov;
Nazir müavini Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov.