backend

Editor.az 4 yaşını qeyd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2012-ci ilin noyabrında fəaliyyətə başlayan portal bu gün növbəti ad gününü qeyd edir.  2012-ci ilin noyabrında fəaliyyətə başlayan portal bu gün növbəti ad gününü qeyd edir. 

Editor.az-ın təsisçisi və baş redaktoru Fərid Şahbazlı bildirib ki, gərgin rəqabət şəraitində yaranan və fəaliyyətini davam etdirən portal dörd illik zaman kəsiyində ölkənin internet media məkanında özünəməxsus yer və nüfuz qazana bilib:
“Dövlətçilik maraqlarının və jurnalistika prinsiplərinə əməl etmək ən ali amalımızdır. Dörd yaşının tamamında Editor.az-a gündəlik oxucu girişi 8-10 min İP arasında dəyişir. Çalışırıq kəmiyyətdən daha çox, keyfiyyətli xəbərə üstünlük verək.  Portalımızın yaydığı xəbərlərə davamlı olaraq, ölkəmizin tanınmış mətbu orqanları istinad edir. Editor.az-da yayınlanan bir sıra rubrikalar ictimaiyyətin daimi diqqətinə və marağına səbəb olur.  Ancaq düşünürəm ki, məqsədimizə çatmaq üçün hələ qət ediləsi uzun bir yol var”