Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışında olan “Neftçi” “Match TV” Kubokunda sonuncu oyununu keçirib.
Tribunainfo.az xəbər verir ki, “ağ-qaralar” Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşıb və minimal hesabla məğlub olub – 0:1.
Yeganə qolu 71-ci dəqiqədə Edin Ceko vurub. Bu, Cekonun “Fənərbağça”nın heyətində ilk qolu olub.