Edillidə tapılan meyit qalıqları hərbçilərimizə aiddir – RƏSMİbackend

Edillidə tapılan meyit qalıqları hərbçilərimizə aiddir – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqlardakı meyit qalıqları Azərbaycan hərbçilərinə aiddir.

TİA.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekpertiza və Patoloji Anatomiya Birliyinin Tibbi Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova deyib.

Qurum rəsmisi qeyd edib ki, meyit qalıqlarının başları sağa-sola, önə doğru əyilmiş vəziyyətdədir:

“Onların üzərində paltarlar, ayaqlarında qara dəriyə bənzər çəkmələr var. Bundan başqa, sahələrdən kimlik sənədləri, iki ədəd bıçaq, siqaret kötükləri, güllə, patron və gilizlər aşkar olunub. Aşkar olunan skeletlərin belində kəmərlər var. Bu kəmərin üzərindəki paslanmış dəmir lövhədə çəkic, oraq və ulduz təsvirləri qeyd olunub”.

Şöbə rəisi vurğulayıb ki, skelet sümükləri qablaşdırılaraq Hərbi Prokurorluğun qərarları ilə birlikdə müayinə üçün məhkəmə-tibbi kriminalistika şöbəsinə göndəriləcək: “Daha dəqiq müayinələrə orada davam etdiriləcək”.