Albaniyanın paytaxtı Tiranaya səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Baş nazir Edi Rama qarşılayıb. Qarşılama zamanı Rama ağ idman ayaqqabısı geyinib və bu detal diqqətdən yayınmayıb.
Tribunainfo.az xəbər verir ki, Prezident Ərdoğanın, Rama’nın ayaqqabılarını göstərərək “İdman ayaqqabısı geyinmisən” dediyi eşidilib. Bu an jurnalistlərin obyektivinə də tuş gəlib.
İmran Kərimli