“Həryerədəbiyyat” həştəqi altında kampaniya aparan yazarlar kitab paylama aksiyası başladıblar. Onlar ədəbiyyatın daha geniş kütləyə yayılması üçün insanlara kitab paylayırlar.
Məsələyə münasibət bildirən tanınmış şair Vahid Əziz Moderator.az-a açıqlamasında ədəbiyyatla bağlı atılan bu kimi addımların alqışa layiq olduğunu bildirdi:
“Gənclərin bu addımı təqdirəlayiqdir. Bu gün belə aksiyalara çox ehtiyac var. Ümumiyyətlə, ədəbiyyatla bağlı bu kimi addımların atılmasını alqışla qarşılayıram. Kitabın insanın həyatında çox böyük rolu var. İnsanın formalaşmasında ədəbiyyatın əhəmiyyəti böyükdür”.